“Biz dəyişirik, ətrafımızdakı dünya dəyişir. Münasibətlər yeni xüsusiyyətlər qazanır. Onların daha yetkinləşdiyini söyləməkdən çəkinməzdim. Bu o demək deyil ki, bütün problemlər həll olunub, heç bir fikir ayrılığı və ya anlaşılmazlıq yoxdur”, - rusiyalı diplomat bildirib.
Onun sözlərinə görə, bu reallıq ölkələrin həyati maraqlarına, iqtisadi və sosial maraqlarına toxunur. Ona görə də müzakirələr davam edir.
- Bu normaldır. Əsas odur ki, hər iki tərəfdə hərəkət olmalıdır. Tanqo metaforası bu günlərdə məşhurdur. Bu vəziyyətdə tanqoya iki nəfər lazımdır. Məsələməhz bununla bağlıdır”,- Kopırkin söyləyib.
![]() |
| Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib |
Xatırladaq ki, Ermənistanın Aİİ-də gələcəyi ilə bağlı müzakirələr parlamentin 2025-ci il martın 26-daAİ-yə daxil olmaq niyyəti haqqında qanun layihəsini təsdiqləməsindən sonra başlayıb. Aİ-yə üzvlüklə bağlı qərarın yalnız referendum yolu ilə verilə biləcəyini açıqlayan baş nazir Nikol Paşinyan Ermənistanı 20 ildən sonra Aİ-nin bir hissəsi kimi təsəvvür etdiyini vurğulayıb.
Moskva isə, öz növbəsində, müxtəlif səviyyələrdə Ermənistanın eyni vaxtda həm Aİİ-də, həm də Aİ-də üzvlüyünün yolverilməz olduğunu dəfələrlə İrəvanın diqqətinə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
