AZ

Avropa çempionatında medal ümidlərimiz

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir. 32 ölkədən 369 idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin daha 3 boksçusu qələbə qazanıb.

Elcan Musazadə (50 kq) 1/4 finalda Tobais Viçeniklə (Çexiya) qarşılaşıb. Təmsilçimiz ardıcıl üçüncü görüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, yarımfinalda Şeyn Kitlə (İngiltərə) üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kq) də 1/4 final mərhələsindəki döyüşünü xeyrinə bitirib. Boksçumuza Giorge Bratunu (Rumıniya) məğlub etməyə cəmi 45 saniyə kifayət edib. Tam üstünlüklə qələbə qazanan Ağakişiyev yarımfinalda Oleksandr Tomiçlə (Ukrayna) qarşılaşacaq.

Mehran Rəsulov (80 kq) isə 1/4 finalda Giorgi Quledanini (Gürcüstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti görüşündə Valeri Todorovla (Bolqarıstan) gücünü yoxlayacaq.

Hər 3 milli üzvü yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər. Onlardan öncə 2 oğlan və 2 qız boksçumuz da bu hüquqa yiyələnib.

Qeyd edək ki, yarışa oktyabrın 25-də yekun vurulacaq.

Qabil ƏLİYEVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
16
xalqqazeti.az

10Mənbələr