Demokrat.az xəbər verir ki, "Ştutqart"ın futbolçusu Dəniz Undav mübahisə zamanı İsmayıl Yüksekə "sus" jesti edib. "Fənərbağça"lı futbolçu isə buna dərhal cavab verərək "Lövhəyə bax. Hesab 1:0-dır. İndi sus" deyib.
Bu anlar qısa müddətdə sosial şəbəkələrdə trend mövzusuna çevrilib.
Azarkeşlər İsmayıl Yüksekin davranışını alqışlayıb və onun olan mübarizə ruhunu yüksək qiymətləndiriblər.
Qeyd edək ki, "Fənərbağça" qarşılaşmanı 1:0 hesabı ilə qazanıb. "Ştutqart"ın hücumçusu Dəniz Undav isə daha əvvəl Almaniya millisinin təklifini "Mən kürdəm" sözləri ilə rədd etdiyini açıqlamışdı.
Jalə
Demokrat.az