Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.
Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iclasında çıxışı zamanı məhkəmə-hüquq islahatlarının gedişatını dəyərləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Prezident tərəfindən həyata keçirilən islahatlar Azərbaycanda uğurla irəliləyir və digər sahələrdə də bu sürətin artırılması vacibdir.
“Altı mindən çox hakim fəaliyyət göstərir. Statistikanın verdiyi məlumata görə, ildə 13 min boşanma işi baş verir. Deməli, bir hakim bir gündə təxminən yeddi boşanmaya baxır. Bu prosesdə mülkiyyət münasibətləri və digər məsələlərin düzgün həlli üçün qərarların operativ qəbul edilməsi çox önəmlidir”. – deyə Siyavuş Novruzov bildirib.
Deputat əlavə edib ki, hakimlərin sayının artırılması, Məhkəmə Şurası tərəfindən keçirilən imtahanların qaydalarının bir qədər yüngülləşdirilməsi və prosedurların optimallaşdırılması vətəndaşların hüquqlarının daha operativ qorunmasına imkan verəcək.
“Gələcəkdə məhkəmə sistemində bu məsələlərə diqqət yetirmək vacibdir ki, vətəndaşlarımız əziyyət çəkmədən hüquqa uyğun qərarlar ala bilsinlər”, – deyə Siyavuş Novruzov vurğulayıb.
Aidə Qurbanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.