AZ

İsveç Latviyaya HHMS yerləşdirir

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

İsveç mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, Baltikyanı respublikada hava hücumundan müdafiə sistemi (HHMS) ilə yanaşı həmçinin təqribən 500 İsveç əsgərindən ibarət batalyon da 6 ay müddətində yerləşdiriləcək. Bu birlik NATO alyansının çoxmillətli briqadası daxilində quru qoşunlarının bir hissəsini əmələ gətirəcək. Batalyonun komandiri Tobias Kristersonun sözlərinə görə, belə bir addımın atılması "son aylar artan PUA təhlükəsinə qarşı mübarizə" məqsədi daşıyır. Ötən günlərdə İsveç hökuməti "NATO ərazisində kollektiv müdafiəyə töhfə vermək məqsədilə" 31 dekabr 2026-cı il tarixinədək alyansın komandanlığına 3000 İsveç əsgərinin göndərilməsini nəzərdə tutan qanunu təsdiqləyib. Bu tədbir çərçivəsində quru qoşunları ilə yanaşı hava və dəniz qoşunlarının da Latviyaya yerləşdirilməsi planlaşdırılır.Məlumat üçün bildirək ki, NATO-nun quru qoşunları alyansın Rusiya ilə həmsərhəd bütün üzv ölkələrində mövcuddur. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
azvision.az

2Mənbələr