AZ

“Məhkəmə-hüquq islahatları ölkədə vətəndaş hüquqlarının qorunmasını gücləndirir”

Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin iclasında çıxışı zamanı məhkəmə-hüquq islahatlarının əhəmiyyətindən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Prezident tərəfindən aparılan islahatlar ölkəmizdə hüquqi sistemin güclənməsinə xidmət edir və digər sahələrdə də bu sürətin artırılması vacibdir.

“Məhkəmə-hüquq islahatları və hakimlərin fəaliyyətinin optimallaşdırılması vətəndaşlarımızın hüquqlarının operativ qorunmasına imkan yaradır. Bu islahatlar həm də dövlətin hüquq sisteminə olan etimadı artırır”, – deyə Rəşad Mahmudov bildirib.

Deputat vurğulayıb ki, hakimlərin sayının artırılması, Məhkəmə Şurası tərəfindən keçirilən imtahanların qaydalarının təkmilləşdirilməsi və prosedurların optimallaşdırılması vətəndaşların hüquqi məsələlərdə daha az çətinliklə üzləşməsinə şərait yaradacaq.

“Gələcəkdə məhkəmə sistemində bu məsələlərə diqqət yetirmək vacibdir ki, vətəndaşlarımız əziyyət çəkmədən hüquqa uyğun qərarlar ala bilsinlər”, – deyə Rəşad Mahmudov əlavə edib.

Aidə Qurbanlı

Seçilən
60
1
operativmm.az

2Mənbələr