AZ

İordan çayının qərb sahili üçün narahat olmayın

ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində İordan çayının qərb sahilinin ilhaqına dair səsvermə ilə bağlı açıqlama verib. 

Missiya.Az xəbər verir ki, Ağ Evdə keçirilən tədbirdə Tramp jurnalistlərin suallarını cavablandırıb.

İsraildəki bu təşəbbüsün onun sülh planına təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp bildirib ki, İordan çayının qərb sahili ilə bağlı narahatlığa ehtiyac yoxdur. O, deyib:

"İordan çayının qərb sahili üçün narahat olmayın. İsrail orada heç bir hərəkət etməyəcək. Anladınızmı? Narahat olmayın, İsrail yoldadır və İordan çayının qərb sahilində heç bir tədbir görməyəcəklər."

Trampın açıqlaması, ABŞ və İsrail arasında bu məsələyə dair mövcud diplomatik balansı qorumaq niyyətini əks etdirir.

Seyranə QuliyevaMissiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
missiya.az

2Mənbələr