AZ

Qusarda “07” ilə “avtoş”luq edən 15 yaşlı sürücü 99 RD 426 VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qusarda yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 99-RD-426 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü müxtəlif ərazilərdə təhlükəli manevrlər edərək avtoxuliqanlıq “şou”su göstərib. Kadrlardan görünür ki, o, həm özünü, həm də avtomobildəki sərnişini ciddi təhlükə altında qoyub və bir neçə dəfə qəza törətməkdən son anda yayınıb.

Digər görüntüdə ön oturacaqda əyləşən sərnişin avtomobil hərəkətdə olarkən qapını açaraq çəkiliş aparıb. Bundan əlavə, sürücünün nəqliyyat vasitəsini dövlət nömrə nişanını çıxararaq idarə etdiyi və avtomobilin konstruksiyasına dəyişikliklər etdiyi də videolarda aydın şəkildə əks oıunub.

Qeyd edək ki, sürücü paylaşdığı videolardan birinin şərh bölməsində 15 yaşının olduğunu yazıb.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
1
avtosfer.az

2Mənbələr