AZ

Covid-19 mRNA peyvəndləri XƏRÇƏNG XƏSTƏLƏRİNİN ÖMRÜNÜ AZADIR

Yazını böyüt
Yazını kiçilt

Covid-19-a qarşı hazırlanmış mRNA peyvəndlərinin inkişaf etmiş mərhələdə xərçəng xəstələrinin ömrünü əhəmiyyətli dərəcədə uzatdığı aşkar edilib. Təkzəncirli molekul olan Messenger RNA və ya mRNA peyvəndləri immun sisteminə zərərsiz bir virus zülalı istehsal etməyi tapşırır.

Hafta.az-ın yazdığına görə, infeksiyaya səbəb olmaq əvəzinə, bu stimullaşdırıcı reaksiya immun sistemini virusu tez tanıyan və aktivləşdirən qoruyucu antikorlar istehsal etməyə stimullaşdırır.

Bu metod sayəsində alimlər koronavirusun aşkarlanmasından bir ildən az müddət sonra normalda 10-15 il çəkən bir prosesi başa çatdırdılar.

Nəticələri “Nature” jurnalında dərc olunan tədqiqatda ABŞ-dakı Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzində immunoterapiya keçirən və Covid-19 mRNA peyvəndi alan xərçəng xəstələrinin məlumatları araşdırılıb.

İmmunoterapiya xəstənin immun sisteminə xərçəng hüceyrələrini necə tanımağı və hücum etməyi öyrətməklə işləyir.

Tədqiqatda 3 və ya 4-cü mərhələdə ağciyər və ya dəri xərçəngi olan 1000-dən çox xəstə müayinə edilib. Alimlər müəyyən ediblər ki, müalicənin ilk 100 günü ərzində Moderna və ya Pfizer/BioNTech-in mRNA peyvəndini alan 180 ağciyər xərçəngi xəstəsinin orta sağ qalma müddəti 37,3 ay, peyvəndi almayan 704 oxşar xəstənin orta sağ qalma müddəti isə 20,6 ay olub.

Dəri ​​xərçənginin ən ölümcül forması olan inkişaf etmiş melanoma xəstəliyinə tutulmuş 43 xəstə immunoterapiyaya başladıqdan sonra 100 gün ərzində COVID-19 peyvəndini alıb, 167 xəstə isə almayıb. Tədqiqatçılar peyvəndi alanların sağ qalma müddətinin 26,7 aydan 40 aya qədər olduğunu aşkar ediblər. Lakin, tədqiqatın sonunda xəstələrin təxminən yarısı hələ də sağ olduğundan, median dəqiq hesablana bilməyib.

Tədqiqatın aparıcı müəllifi Dr. Adam Qrippin deyib: “Araşdırma COVID-19-u hədəf alan geniş yayılmış mRNA peyvəndlərinin immun sisteminin xərçəngi öldürməsinə kömək edə biləcəyini göstərir. Alimlər hələ mRNA peyvəndlərinin niyə bu təsiri yaratdığını dəqiq bilməsələr də, bəzi fərziyyələri var. Şiş hüceyrələri immun sistemini bağlayan “immun yoxlama nöqtələri”, yəni zülallar yaratmaqla bu immun hücumuna qarşı çıxırlar. mRNA peyvəndlərini immun yoxlama nöqtəsi inhibitorları ilə birləşdirdikdə, bu zülalları bloklayırıq və immun sisteminin xərçəngi öldürmə gücünü ortaya çıxarırıq”.

Seçilən
36
hafta.az

1Mənbələr