AZ

Komitə sədri: Bölgədə sülh olarsa, cəmi 15 il sonra region görünməmiş inkişafa qovuşacaq

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"1987-ci ildə münaqişə yenicə başlayanda Azərbaycan Ermənistana 388 min ton benzin, 375 min ton dizel, 1.8 milyon ton mazut, kimya və metallurgiya məhsulları ixrac edirdi. Özü də SSRİ Plan Komitəsinin qərarına görə, demək olar ki, pulsuz. Halbuki indiki qiymətlə 3 milyard dollardan çox edir. Əgər bölgədə sülh olarsa, cəmi 15 il sonra region görünməmiş inkişafa qovuşacaq, 2 milyona qədər yeni iş yeri açılacaq, 16 milyon əhalisi olan vahid məkan yaranacaq, sürətlə silahlanmaya çəkilən xərclər milli həyatın başqa sahələrinə qoyulacaq".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

O bildirib ki, xalqımız qalıcı barışın tərəfdarıdır:

"Qarabağın azadlığı regionda sülh deməkdir. İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
123
oxu.az

1Mənbələr