AZ

"Az-Tex-Import" şirkəti 10 milyon manatlıq sifariş alıb

"Regional Su Meliorasiya Xidməti" 10 milyon manatlıq maşınlar alır.

Publik hüquqi şəxs şəxsi qəza-bərpa məqsədli nəqliyyat vasitələrinin satın alınmasını nəzərdə tutan tender prosedurunu yekunlaşdırıb.

Tenderin qalibi "Az-Tex-Import" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tərəflər arasında imzalanan tender müqaviləsinin dəyəri 9 milyon 948 min 750,00 manat təşkil edir.

Qeyd edək ki, "Az-Tex-Import" MMC "Wirtgen Group" və "Iveco" markalarının Azərbaycandakı rəsmi dileridir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Yurd.Media 

 

Az-Tex-Import
Seçilən
23
1
marja.az

2Mənbələr