AZ

ABŞ-yə sərt ittiham: “Axmaqlar”

Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-ni ölkəsinə qarşı hər gün “psixoloji müharibə” aparmaqda ittiham edib. 

"Cebheinfo.az" xəbər verir ki, dövlət televiziyası VTV-nin xəbərinə görə, Maduro ABŞ-nin Karib hövzəsindəki hərbi aktivliyini yaxından izlədiklərini bildirib. Maduro ABŞ-nin Venesuelada “rejim dəyişikliyi” məqsədi güddüyünü iddia edərək deyib: 

“Amerika imperializmi tərəfindən hər gün sözlərlə təhdid olunuruq, hər gün psixoloji müharibə aparılır. Oradan bir söz, buradan bir söz, gəmilər bir yandan, raketlər bir yandan…” 

Prezident ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün xalq və ordunun maksimum birlik içində olduğunu vurğulayıb və sakit, təmkinli şəkildə hərəkət edəcəklərini bildirib. 

Maduro “YouTube” hesabının hələ də bağlı olduğunu qeyd edərək platformanın ona senzura tətbiq etdiyini söyləyib. 

“YouTube” komandasına “axmaqlar” deyən Maduro əlavə edib: 

“”YouTube”, sizin də sonunuz gələcək. Çünki Venesuelaya toxunan quruyur. Quruyacaqsınız, “YouTube”-un sahibləri – cənablar və xanımlar, imperializmin sahibləri!” 

Xatırladaq ki, Maduronun “YouTube” hesabı 22 sentyabr tarixində heç bir səbəb göstərilmədən bağlanmışdı. Hesab bağlanmazdan əvvəl 200 mindən çox izləyicisi var idi və Venesuela Prezidentinin çıxışları ilə yanaşı, dövlət televiziyasında yayımlanan həftəlik proqramlardan görüntülər paylaşmaq üçün istifadə olunurdu. 

Seçilən
61
1
cebheinfo.az

2Mənbələr