AZ

Kir Starmer Londondakı sammitdə Ukraynaya uzun mənzilli raketlərin verilməsini tələb edəcək

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

London, 24 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Londonda keçiriləcək sammitdə Ukraynaya uzun mənzilli raketlərin verilməsi məsələsini gündəliyə çıxaracaq.

AZƏRTAC xəbər verir ki, K. Starmer Ukrayna Prezidenti Volodimir Zelenski və “iradəli ölkələr koalisiyası” adlanan, atəşkəs əldə olunduqdan sonra Kiyevə təhlükəsizlik təminatları verməyə razılaşmış 20-dən çox müttəfiq ölkənin liderlərini qəbul edəcək.

Kir Starmer bu sammit vasitəsilə diplomatik təzyiqi artıraraq, Moskvanı müharibəyə son qoymaq üçün danışıqlara məcbur etməyə çalışır.

Tədbirdə NATO-nun Baş katibi Mark Rutte, Danimarkanın Baş naziri Mette Frederiksen və Niderlandın Baş naziri Dik Sxof iştirak edəcəklər. Fransa Prezidenti Emmanuel Makron isə sammitə onlayn şəkildə qoşulacaq. Starmer sammitdə müttəfiqləri Ukraynaya daha çox uzun mənzilli silah tədarük etməyə çağıracaq. Bu çağırış Britaniya istehsalı “Storm Shadow” raketləri ilə Rusiyanın Bryansk şəhərindəki kimya zavoduna uğurlu hücumdan sonra edilir.

Qeyd edək ki, son həftələr ərzində Zelenski Qərbdən daha çox uzun mənzilli silah tələb edir. Rusiya isə bu addımın münaqişəni daha da gərginləşdirəcəyini bəyan edib. Ukrayna lideri sammitə Brüsseldən yola düşüb, o, orada Avropa İttifaqı rəhbərləri ilə maliyyə dəstəyi məsələlərini müzakirə edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
3
azertag.az

4Mənbələr