AZ

Səhər Bakını ittiham etdi: Uşaq qatillərinə xidmət edir...

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın dini lideri Əli Xameneinin ofisinə bağlı və İranın siyasi-ideoloji təbliğat vasitəsi olan "Səhər" kanalı Azərbaycana qarşı yeni “ittihamla” çıxış edib.

Axar.az xəbər verir ki, hər zaman Azərbaycanı hədəfə alan kanal bu dəfə də Bakını İsrailə kömək etməkdə ittiham edib.

Kanal Türkiyənin Qəzzada yerləşdiriləcək çoxmillətli qüvvələrin komandanlığından kənarlaşdırılmasından sonra İndoneziya və Azərbaycana həvalə ediləcəyini İsrailə dəstək kimi qələmə verib.

“Səhər” məlumatı "Azərbaycanın uşaq qatillərinə daha bir xidməti" başlığı altında yayıb:

"Analitiklərə görə, bu o deməkdir ki, Azərbaycan islam və türk cəbhəsini yarır, düşmən cəbhəsində yar alır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
2
axar.az

3Mənbələr