AZ

Çexiya avroya keçmək istəyir

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Bu barədə Çexiyanın Azadlıq və Birbaşa Demokratiya Partiyasının (SPD) lideri, parlamentin aşağı palatasının sədrliyinə namizəd Tomio Okamura ölkənin "Novinky" xəbər saytına açıqlamasında məlumat verib. Onun sözlərinə görə, bu məsələ üzrə parlamentdə qanun layihəsi hazırlanacaq. Layihəyə əsasən, vətəndaşların Avropa İttifaqının (Aİ) Miqrasiya Paktına və istixana qazı emissiyalarına dair icazələrə münasibətlərini öyrənmək üçün də müvafiq referendumlar keçiriləcək. Sayt yazır ki, pul vahidinin dəyişdirilməsi ehtimalı Çexiya cəmiyyətində xeyli mübahisələr doğurub. Əksər vətəndaşlar milli valyutanın (kron) saxlanmasının tərəfdarıdırlar. Prezident Petr Pavel isə avroya keçidi dəstəkləyir. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
2
azvision.az

3Mənbələr