AZ

Messi yeni müqaviləsindən danışdı: Görün səbrsizliklə nəyi gözləyir

“İnter Mayami”nin kapitanı Lionel Messi MLS klubu ilə müqaviləsini uzatması haqda danışıb.

Publika.az xəbər verir ki, MLS komandasında 2028-ci ilə qədər çıxış edəcək argentinalı ulduz futbolçu məmnunluğunu ifadə edib:

“Burada qalmaqdan və bu layihəni davam etdirməkdən çox xoşbəxtəm. Bu, təkcə bir arzu deyildi, həm də gözəl bir reallığa çevrildi. Mayamiyə gəldiyim gündən bəri çox xoşbəxtəm və burada oynamağa davam etdiyim üçün doğrudan da sevincliyəm.

Hamımız səbirsizliklə "Mayami Fridom Park"da (yeni stadionda) oynayacağımız günü gözləyirik. Tikintinin tamamlanmasını və hər şeyi içəridən görməyi, azarkeşlərin isə oyunlardan zövq almasını səbirsizliklə gözləyirik. Belə möhtəşəm stadionda, doğma meydanda oynamaq xüsusi hiss olacaq”.

Seçilən
87
publika.az

1Mənbələr