AZ

“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı

“Sputnik Azərbaycan”ın şef redaktoru Yevgeni Belousov ev dustaqlığına buraxılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.

Məlumata görə, Xətai Rayon Məhkəməsi Yevgeni Belousovun işi üzrə vəsatətə baxıb:

“Məhkəmə vəsatəti təmin edib və Belousov ev dustaqlığına buraxılıb”.

Qeyd edək ki, daha öncə agentliyin icraçı direktoru İqor Kartavıx həbsdən azad edilmiş, bundan sonra isə Azərbaycanı tərk edərək Rusiyaya getmişdi.


Xəbər 2 dəfə oxunub.
Seçilən
54
9
xezernews.az

10Mənbələr