AZ

Əhalinin NƏZƏRİNƏ: Mobil telefonların qiyməti bu qədər bahalaşacaq

Azərbaycanda mobil telefonların qiymətləri 2026-cı ildən bahalaşa bilər. Buna səbəb həmin ildən etibarən mobil cihazlara tətbiq ediləcək yeni aksiz vergisidir. Ekspertlər hesab edirlər ki, bu dəyişiklik xüsusilə pərakəndə satış bazarına birbaşa təsir göstərəcək və bütün modellərin qiymətində artım müşahidə olunacaq.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, aksiz vergisi iki formada tətbiq ediləcək:

Minimum

“Birincisi, hüquqi şəxs ölkəyə telefon idxal etdikdə, hər bir cihaz üçün 20 manat aksiz vergisi ödəyəcək. İkincisi, fiziki şəxs özü şəxsi istifadəsi üçün telefon gətirərsə, yalnız ikinci telefona görə 100 manat aksiz vergisi tətbiq olunacaq. Lakin bu, şəxsi istifadə üçün nəzərdə tutulduğundan pərakəndə qiymətlərə ciddi təsir etməyəcək.”

Ekspertin sözlərinə görə, əsas qiymət artımı hüquqi şəxslərin – yəni satış məqsədilə telefon gətirən şirkətlərin ödəyəcəyi 20 manatlıq aksiz vergisindən qaynaqlanacaq:

“2026-cı ilin yanvarından etibarən bu vergi qüvvəyə mindikdə, bazarda bütün modellərin qiyməti minimum 20 manat artacaq.”

Beləliklə, yeni aksiz qaydası mobil telefon bazarında ümumi bahalaşma tendensiyasına səbəb olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
107
26
konkret.az

10Mənbələr