AZ

Bu müəllimlərə maaşdan əlavə 2 min manat veriləcək

Bu müəllimlərə maaşdan əlavə 2 min manat veriləcək

Gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların əməkhaqqına əlavələrin ödənilməsi məqsədilə 20.1 milyon manat xərclənəcək.

AFN.az Oxu.Az-a istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9.9 min nəfərdən çox gənc mütəxəssis kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunması planlaşdırılıb. Vəsait onların stimullaşdırılması məqsədilə yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətlər və kirayə haqqına yönəldiləcək.

Hesablamalara görə, kənd məktəblərindəki vakansiyaları seçəcək hər bir gənc müəllim orta hesabla maaşından əlavə il ərzində təxminən 2 min manat alacaq.

Seçilən
62
27
afn.az

10Mənbələr