AZ

QHT: “Qəzzanın minalardan təmizlənməsinə onilliklər lazımdır”

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az “Maan” agentliyinə xəbər verir ki, Fələstin anklavında BMT-nin himayəsi altında fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatının (QHT) nümayəndəsinin məlumatında belə deyilir. “Ərazi minalanmış sahəyə çevrilib. İsrailin atəşi və bombalaması nəticəsində anklavda qalan partlamamış bomba və mərmilərin çıxarılması 20-30 il vaxt apara bilər”, - QHT-nin nümayəndəsi vurğulayıb. Onun sözlərinə görə, Qəzzada bütün partlamamış hərbi sursatları tamamilə təmizləmək qeyri-mümkündür, çünki onların çoxu yerin çox dərinliklərində basdırılıb. Bu baxımdan, təkcə yerin səthində partlayıcı qurğuların axtarışı və təmizlənməsi bir nəsil ömrünə bərabər olacaq. - İsrail hakimiyyəti partlamamış hərbi sursatların aşkarlanması və məhv edilməsi üçün Qəzzaya lazımi avadanlıqların idxalına icazə vermir. QHT-lər partlayıcı sursatların yandırılması üçün xüsusi avadanlıq gətirməyə icazə ala bilməyiblər ki, bu da hərbi sursatın yerində partladılmasına və onun təkrar istifadəsi riskini aradan qaldırmağa imkan verməyəcək”, - QHT nümayəndəsi diqqətə çatdırıb. Daha əvvəl partlayıcı sursatları təmizləyən və mina qurbanlarına yardım edən “Handikap İnternational” beynəlxalq QHT-nin nümayəndəsi İsrail qüvvələrinin 2023-cü ilin oktyabrından Qəzzada gedən döyüşlər zamanı anklav ərazisinə təxminən 70 min ton bomba və mərmi atdığını bildirmişdi. BMT-nin ixtisaslaşmış qurumunun təhlili bu sursatların 5%-10%-nin partlamadığını açıqlayıb. “İsrail ordusunun Qəzzaya atdığı artilleriya mərmiləri, minalar, bombalar və raketlər də daxil olmaqla, dağılmış binaların xarabalıqları və küçələrdəki dağıntılar altında ən azı 20 min partlayıcı maddə qalıb”, - Qəzza sektoru adminsitrasiyasının mətbuat xidmətinin məlumatında deyilir. Bütün partlamamış hərbi sursatlar həm evlərinə qayıdan yerli sakinlər, həm də dağıntıları təmizləyən mütəxəssislər üçün real təhlükə yaradır. Sahil İsgəndərov

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
azvision.az

1Mənbələr