AZ

Kreml Zelenskiyə cavab verdi

"Heç bir konkret razılaşması olmayan görüşü pozmaq çətindir". Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskiyə cavabında deyib.

Ukrayna lideri Vladimir Zelenski Budapeşt sammitinin ləğvinin onun avropalı tərəfdaşlarla görüşünün nəticəsi olduğu barədə açıqlama verib.

"Əvvəla, heç kim sammitin dəqiq tarixini açıqlamayıb və heç kim bununla bağlı razılığa gələ bilməyib. İlk məqam budur. Bu baxımdan, heç bir konkret razılaşma olmadan nəyisə pozmaq çətin idi. Nə Tramp, nə də Putin, hər ikisi bu barədə danışmayıblar; onlar vaxt itirmək istəmirlər və sadəcə görüş xatirinə toplaşmaq istəmirlər", - deyə Peskov bildirib.

Zirvə görüşünün keçirilməsi barədə razılıq Tramp və Putin arasında 16 oktyabrda telefon danışığından sonra əldə edilib. Prezidentlər Ukraynadakı münaqişənin həlli perspektivlərini müzakirə etməyi planlaşdırsalar da, heç bir tərəf görüşün tarixini açıqlamayıb. 23 oktyabrda Tramp Putinlə görüşün, ən azı indilik, baş tutmayacağını açıqlayıb. "Getməli olduğumuz yerə çatacağımızı düşünmürdüm. Ona görə də bunu ləğv etdim. Amma biz bunu gələcəkdə edəcəyik", - deyə Amerika prezidenti bildirib.

Seçilən
52
1
modern.az

2Mənbələr