Siz artıq siyasi davranış modelinizi dəyişməlisiniz. Dəyişmirsinizsə, ətrafınızdakı, sizə inanan insanların taleyi ilə oynamaq bu mənəvi cinayətdir. Sizin məqsədiniz xalqla dövlət arasında etimad körpüsünə zərbə vurmaqdır və ya dövlətin güclənməsini istəməyən xarici təsirlərə ideoloji bağlılığınız var. Siz bunları bacarmayacaqsınız. Keçmişdəki uğursuzluğunuzu aqressiyaya, düşmənçiliyə çevirib itirilmiş mövqelərinizin intiqamı və qisası dalınca qaçmayın. Bəsdirin bu mənəvi cinayətləri elədiniz.
Ona görə bu gün biz ictimai nəzarəti və məsuliyyət mexanizmlərini gücləndirməliyik. Dövlət qurumlarının ümumi nəzarəti daha da sərtləşdirilməlidir. Çünki biz bu gün üçün deyil, sabah üçün yaşamırıq gələcək nəsillər üçün şərəfli və qüdrətli dövlət əmanəti qoyub getməliyik. Bunun üçün sistemli, fundamental və güclü bir strategiyanı mümkün qədər qısa müddətdə hazırlayıb həyata keçirməliyik. Bunu başa çatdırmaq üçün hamılıqla doğruluğun, ədalətin, müdrikliyin və həmrəyliyin yanında İlham Əliyevin ətrafında birləşib öz müqəddəs məqsədlərimizə nail olmalıyıq.
Cəmiyyətin və dövlətin hüquqi əsaslarını təşkil edən normalar var, konstitusiyamız mövcuddur. Uzun illərin siyasi planlaması ilə bu gün şüur və iradəyə malik, böyük bir siyasi sistemə daxil olan birləşmiş bir xalqın mövqeyi ortadadır. Bu mövqe ümumi maraqlar əsasında qarşılıqlı əlaqə və münasibətlər sistemini əks etdirir. Uzun illər müharibə təhdidi altında, qonşu ölkələrin və digər təhlükələrin yaratdığı risklər fonunda öz xarici siyasət və diplomatiyamızı mükəmməl şəkildə həyata keçirmişik. Qlobal siyasətin yaratdığı reallıqlar və siyasi şərait nəzərə alınaraq bu addımlar dövlət üçün məqsədəuyğun şəkildə atılıb. Nəticədə, 44 gün ərzində qazandığımız zəfər dünya siyasətində yeni baxışın formalaşmasına təkan verdi. İstər siyasi, istər sosial, istər iqtisadi, istər hərbi və digər sahələrdə ölkəmizdə aparılan nizamlanma ilə bağlı verilən qərarlar kifayət qədər uğurludur. Bu gün narazı olduğumuz məqamlar ola bilər, amma qarşımıza qoyduğumuz məqsədlərə nail olduqdan sonra bütün kiçik, individuals problemlərimiz tam aradan qalxacaq. Dəyərli soydaşlar, bu gün Ramuz Mehdiyev ətrafında baş verən hadisələr siyasi mühitdə ciddi müzakirələrə səbəb olub. Demək olar ki, bu işə aidiyyəti olan-olmayan hamı danışır, danışmağa çalışır. Amma bir məsələni unutmaq olmaz: bu hadisənin özümüzdə tərəqqimizin, müttərəqliyimizin inkişafına nə qədər töhfə verəcəyini təsəvvür etmək lazımdır. Bu böyük hadisədir, çünki dövlətin siyasi, iqtisadi və digər maraqlarına sabotaj edərək, içəridən pozuculuq fəaliyyəti ilə bu dayaqlara zərbə vuranların hamısı ifşa olunmalı və ən ağır formada cəzalandırılmalıdır. Bu hadisə həmçinin göstərdi ki, cəmiyyət siyasi sistemimizə tam inanır, dövlətinə inam və etimad nümayiş etdirir və dövlətin atdığı bütün addımların həyata keçirilməsində siyasi lider cənab Prezidentin arxasındadır.
Ramil Hüseynov
Siyasi şərhçi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31