Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Daşbulaq kəndinə 8 ailənin (24 nəfər) daimi qayıdışı təmin edilir.
Bununla da kəndə qayıdan ailələrin sayı 21-ə (91 nəfər) çatacaq.
*** 13:50
Xocalının Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıb
BAKU.WS report-a istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Daşbulaq kəndinə 24 nəfərdən ibarət 8 ailənin daimi qayıdışı təmin edilib.
Bununlada Daşbulaq kəndinə qayıdan ailələrin sayı 21 ailə (91 nəfər) təşkil edib.