AZ

Unai Emeri sürpriz məğlubiyyəti belə şərh etdi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"Aston Villa"nın baş məşqçisi Unai Emeri UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda Niderland təmsilçisi "Qou Ehed İqls"dan səfərdə aldıqları sürpriz məğlubiyyəti (1:2) şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini Birmingem təmsilçisinin rəsmi saytı belə çatdırıb:

"Meydanda dominantlıq edən tərəf biz idik. Epizod yaratdıq və qol vurduq. Hə, bir neçə fürsəti əldə verdik, rəqib isə şanslarından faydalandı. Onlar çox yaxşı oynayırdılar, fantastik müdafiə olunurdular. Bizim rəqib qapısına penaltidən yol tapmaq imkanımız da var idi, lakin bu imkanı da dəyərləndirməyi bacarmadıq. Yenilgi ilə barışmaqdan başqa yolumuz yoxdur. 

Azarkeşlərimizə səfər oyunlarımıza gəlib bizi dəstəklədikləri üçün minnətdarıq. Evdən uzaqda oynamaq heç də asan deyil. Nikbinəm, amma bu gün pərişan və üzgünəm".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
fanat.az

2Mənbələr