AZ

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Quba gəncləri üçün yeni imkanlar yaradıb (FOTO)

Bakı. Trend:

“Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə öz işini uğurladavam etdirən “Səyyar Gənclər Xidməti” layihəsi 20-24 oktyabrtarixlərində Quba gəncləri üçün yeni imkanlar yaradıb. Layihə Qubagənclərinin dövlət dəstək mexanizmləri barədə məlumatlılığınıartırmaqla yanaşı, onların liderlik bacarıqlarını, yaradıcılıqpotensialını və vətəndaş məsuliyyətini gücləndirməyə xidmətedib.

Qubada təşkil olunan layihənin açılış mərasimində çıxış edənQuba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyevvə “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyevçıxış edərək bu cür layihələrin regionlarda yaşayan gənclərininteqrasiyasına, dövlətçilik dəyərlərinə bağlılığınıngücləndirilməsinə və şəxsi inkişafına verdiyi töhfəni yüksəkqiymətləndiriblər.

Layihənin 5 günlük proqramı müddətində Quba rayonunun gəncləri“Rəqəmsal düşüncə”, “Təhsil və karyera”, “Yaradıcı gənclik”,“Vətənpərvər gənclik”, “Suveren gənclər” və “Əyləncə” adlızonalarda keçirilən interaktiv və təcrübəyə əsaslanan müxtəliffəaliyyətlərdə aktiv iştirak ediblər. Hər zonada təşkil olunaninteraktiv fəaliyyətlər, intellektual yarışlar və master-klaslargənclərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmağa və komandabacarıqlarını gücləndirməyə imkan yaradıb. Layihə boyuncaiştirakçılar sağlam həyat tərzinin təşviqi, narkomaniyaya qarşımübarizə, rəqəmsal savadlılığın artırılması, innovativ düşüncətərzinin formalaşdırılması, eləcə də təhsil və karyera planlamasıistiqamətində maarifləndirici sessiyalarda biliklərinizənginləşdiriblər. Bununla yanaşı, təlimçilər ilə dialoq şəklindəkeçirilən sessiyalar gənclərə onları maraqlandıran suallar üzrəətraflı məlumat almağa və müvafiq sahələrdə praktiki biliklərinidərinləşdirməyə şərait yaradıb. Layihə çərçivəsində təşkil edilənfəaliyyətlər sırasında Vətən müharibəsi iştirakçıları ilə keçiriləngörüşlər gənclər üçün xüsusi əhəmiyyət kəsb edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər Fondunundəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf vəKaryera Mərkəzinin tərəfdaşlığı ilə 5 avqustdan tarixindən icraolunan Səyyar Gənclər Xidməti bugünədək Cəbrayıl, Ağdam, Tərtər,Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Balakən və Şəkirayonlarında uğurla həyat keçirilib. Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiyavə Suverenlik İli” elan olunması çərçivəsində həyata keçirilən bulayihə ölkə gəncliyi arasında dövlət suverenliyi və müstəqillikkimi fundamental anlayışların daha dərindən mənimsənilməsinə,tarixi Zəfərimizin mahiyyətinin yeni nəslə aşılanmasına, eləcə dəmövcud gənclər siyasətinə uyğun olaraq gənclərin intellektualpotensialının inkişafına xidmət edir.

“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
Seçilən
56
2
az.trend.az

3Mənbələr