Bakı. Trend:
Aqrar Sığorta Fondu 2025-2026-cı illər əkin mövsümü üzrə meyvəbağlarının sığortalanma dövrünün başlandığını elan edib.
Trend fondaistinadən xəbər verir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiqolunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41 növ bitki vəbitki məhsulunu əhatə edir.
Bildirilib ki, son illər Azərbaycanda kənd təsərrüfatına marağınartması fonunda ölkədə hər il minlərlə hektar meyvə bağlarısalınır. Meyvələr təkcə daxili bazarın təmin edilməsində deyil, həmdə Azərbaycandan xarici ölkələrə satılaraq ölkəyə böyük vəsaitgətirən ixrac məhsuluna çevrilib. Bu sahədə on minlərlə fermer vəyerli əhali çalışır.
Vurğulanıb ki, məhz bu səbəbdən aqrar sığorta vasitəsiləsığortalanan bitkilərin siyahısında böyük yeri meyvə məhsullarıtutur – hazırda aqrar sığorta vasitəsilə 21 növ meyvə bağlarısığortalanır. Buraya alma, armud, şaftalı (nektarin), ərik, gilas,albalı, nar, alça, çiyələk, fındıq, qoz, badam, gavalı, heyva,xurma, limon, naringi, portağal, ting, üzüm, zeytun bitkiləriaiddir.
Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu,qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma),normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu,üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsindəkeyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrarsığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər vəxüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaqsürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərərmüstəqil aqrar sığorta ekspertləri tərəfindən müəyyən edilir vəAqrar Sığorta Fondu fermerə dəymiş zərəri qarşılayır. Zərərə görəaqrar sığorta ödənişi edilərkən azadolma məbləği də nəzərəalınır.
Meyvə bağlarını aqrar sığorta etmək olduqca sərfəlidir. Sığortahaqqı meyvənin növü, region və sığorta zərfindən asılı olaraqdəyişir. Bundan başqa, dövlətin 50%-lik sığorta haqqı dəstəyisayəsində fermer sığorta haqqının yalnız yarısını ödəyir, digəryarısını fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Ümumiləşdirdikdə 1000 manatlıq meyvənin baza zərfi iləsığortalanması üçün fermerdən tələb olunan məbləğ meyvədən vəregiondan asılı olaraq 10-25 manat arasında dəyişir. Bu hesabla,məsələn, bağda 10 min manatlıq məhsul varsa, həmin bağın sığortasıfermerə təqribən 100-250 manata başa gəlir.
Fermerlər meyvə bağlarını baza zərfindən başqa, əlavə ödənişlədigər risklərdən də sığorta edə bilərlər. Əlavə risklərə -şaxtavurma (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisi,leysan yağması nəticəsində yaranan zərərlər, eləcə də bitkixəstəlikləri və zərərvericilərin zərərləri aiddir.
Meyvə bağı sahibləri bağdakı meyvələrdən əlavə, ayrıca olaraqağacları və tingləri də sığorta edə bilərlər. Əgər yuxarıdasadalanan hadisə nəticəsində meyvə ağacı məhv olarsa, fermerə həminağacın 3 illik meyvəsinin dəyəri ödənilir – sığorta tarifi isə cəmi0,83% təşkil edir. Məsələn, ildə 50 manatlıq məhsul verən 1 ağacınsığortası fermerə cəmi 62 qəpiyə başa gəlir. Bu sığorta növüfermerləri uzunmüddətli zərərdən qorumaq üçün vacibdir.
Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlərözləri də müstəqil şəkildə Aqrar Sığorta Fondunun rəsmi internetsəhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablayabilərlər (https://asf.gov.az/bitkicilik-kalkulyatoru).
Qeyd edək ki, Aqrar Sığorta Fondunun sığortaladığı bağlar vəmeyvə bağları üzrə sığorta ödənişləri sürətlə artmaqdadır. 2023-cüildə meyvə bağları üzrə cəmi 39 min manat ödəniş edilmişdisə,2024-cü ildə bu məbləğ 720 min manat, 2025-ci ilin ilk 9 ayında isə159 min manat təşkil edib və hər gün artır.
İndiyədək olan hadisələr göstərir ki, meyvə bağların ən çoxzərər vuran hadisələr fırtına, dolu, şaxtavurma vəsel-subasmadır.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri vətarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosialşəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqəsaxlamaqla əldə etmək olar.
 
                        