Tramp Fransız müxbirin çıxışını dayandırdı
Ajans.az xəbər verir ki, Trampın işğal olunmuş ərazilərdə suverenliyi ələ keçirən qanun layihəsi ilə bağlı parlament səsverməsində İsrailə qarşı bütün ABŞ dəstəyini kəsəcəyi ilə hədələməsindən sonra baş verib. Müxbir Trampdan soruşub: “Dünən Knessetdə Qərb Sahilini ilhaq etməklə bağlı səsvermə oldu. Bunu sülh səylərinizə meydan oxumaq kimi görürsünüzmü?” Tramp əvvəlcə müxbirdən sualı daha yüksək səslə təkrar etməsini xahiş edib və sonra Baş prokuror Pam Bondiyə tərəf dönərək belə deyib: “Xahiş edirəm cavab verə bilərsinizmi, çünki onun dediyi bir kəlməni də başa düşə bilmirəm.” Müxbir öz ölkəsini açıqlayanda — “Mən Fransadanam” — Tramp belə cavab verib: “Sən Fransadansan. Gözəl aksent, amma nə dediyinizi başa düşə bilmirik.” Sonra Tramp mövzunu dəyişərək bildirib: “Qərb Şəriyəsi barədə narahat olmayın. İsrail çox yaxşı işlər görür və bununla heç nə etməyəcəklər.” Hadisə cümə axşamı günü Baş prokuror Pam Bondi, Daxili Təhlükəsizlik Katibi Kristi Noem və Müdafiə Katibi Pit Heqsetin iştirakı ilə Ağ Evdə keçirilən dəyirmi masa müzakirəsi zamanı baş verib.