AZ

"Xarı Bülbül" çilçırağının təqdimatı baş tutub | FOTOLAR

AzVision.az xəbər verir ki, "Museum Furniture" tərəfindən irəli sürülən bu ideyanın həyata keçirilməsi üçün bir il ərzində işlər aparılıb. Azərbaycanın zəngin mədəniyyəti və tarixinə həsr olunan layihənin dizayn prosesi İtaliyanın "I Borbone" şirkətinin mütəxəssisləri ilə birgə Neapol şəhərində reallaşdırılıb.

Layihənin icrası zamanı italyan tərəfdaşlara Azərbaycanın tarixi və mədəniyyəti barədə geniş məlumat verilib, onlarda ölkəmiz haqqında dərin təəssürat oyadılıb.


Çilçırağın təqdimat mərasimində həmçinin milli musiqi alətlərimiz, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib. Tədbirdə vurğulanıb ki, ideya müəllifi "Museum Furniture" çilçırağın dizaynında artıq Azərbaycanın simvoluna çevrilmiş xarı bülbüldən ilham alıb. Bildirilib ki, bu simvol torpaqlarımızın işğalı dövründə itkini ifadə edirdisə, bu gün dirçəliş və qələbə rəmzidir.

"Xarı Bülbül" çilçırağı, eyni zamanda, iki fərqli, ancaq ruhən bir-birinə yaxın mədəniyyətin – Azərbaycan və İtaliyanın birliyini özündə əks etdirir: "Xarı Bülbül" bizim üçün sadəcə dizayn yox, xalqımıza, tariximizə və mədəniyyətimizə dərin ehtiramın ifadəsidir".




AzVision.az
Seçilən
27
3
azvision.az

9Mənbələr