Almaniya kansleri Fridrix Merz 29 oktaybrda Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Merz oktyabrın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüş zamanı ikitərəfli münasibətlər, xarici siyasət məsələləri, o cümlədən iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıqların müzakirə olunacağı bildirilib.