AZ

İdris İsayev: Müəllimlərin əməkhaqqının artması üçün təkliflər təqdim edəcəyik

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Biz müəyyən büdcə vəsaitinə qənaət etmiş olacağıq və təyinatı üzrə vəsaiti istifadə edəcəyik.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, müəllimlər əməkhaqqısının artmasını istəyirlər: “Sertifikasiyada məqsədlərdən biri də müəllimlərin əməkhaqqısının artmasıdır. Əməkhaqqı dərs saatı ilə bağlıdır. 30% müəllimin 24 saat dərs saatı var, 29,4 %-i isə 24 və daha çox dərs alan müəllimlərdir. Onların əməkhaqqı 1300-1500 manat arası dəyişir. Müəllimlərin orta aylıq əməkhaqqı 1000 manata bərabərdir. Sertifikasiya prosesi yekunlaşandan sonra orta aylıq əməkhaqqı da artacaq. Növbəti mərhələdə biz müəllimlərin əməkhaqqısının artmasının başqa yollarını düşünürük və təkliflər təqdim edəcəyik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
6
apa.az

8Mənbələr