AZ

Administrasiya rəhbəri: Rusiya ilk dəfə Odessaya idarəolunan aviabombalar atıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya ilk dəfə Odessa vilayətinə idarəolunan aviasiya bombaları atıb.

APA xəbər verir ki, bu barədə “Unian” Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.

“Bu gün baş verən hava hücumu zamanı Rusiya ordusu bölgəmizin mülki infrastrukturuna qarşı ilk dəfə idarəolunan aviasiya bombalarından istifadə edib. Bu, Odessa vilayəti üçün ciddi və yeni təhlükədir”, – Kiper bildirib.

Rəsmilər əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
5
apa.az

6Mənbələr