AZ

Müəllimlik ixtisası üzrə qəbul planları kəskin azalıb

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Nazirlik və təhsil müəssisələri arasında münasibətlər qanun çərçivəsindədir, nazirliyin akkreditasiya aləti mövcuddur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, bəzi təhsil müəssisələrində müəllimlik ixtisası üzrə planlar kəskin surətdə azalıb: “Ali təhsil müəssisələri keyfiyyətli təhsili təmin etməlidir. Bu təmin olunanda müəllimlərin işə qəbula müraciəti zamanı problemlər meydana çıxmayacaq. 2025-ci ildə müəllimlərin işə qəbulunda iştirak edən 65523 nəfərdən 13716 nəfəri orta ixtisas təhsil müəssisələrini bitirənlərdir. Kəsilənlərin də böyük qismi məhz orta ixtisas təhsil müəssisəni bitirənlərdir. Biz orta ixtisas təhsil müəssisələrinin optimallaşması barədə təklifləri hazırlayırıq. Bu təhsil pilləsinin təkmilləşməsi nəzərdə tutulur”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
6
modern.az

7Mənbələr