AZ

Tokayev: Qazaxıstanda güclü prezident hakimiyyəti qorunub saxlanmalıdır » AzadMedia.az

Tokayev:


Qazaxıstan güclü prezident hakimiyyətinə malik dövlət olaraq qalmalıdır.

Bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Respublika Günü münasibətilə təşkil edilmiş təntənəli yığıncaqda çıxışı zamanı bildirib.

"Bu, parlament sistemlərinin artıq təhlükəsizlik və qayda-qanun, sabitlik və inkişaf baxımından öz təyinatını yerinə yetirmədiyi dünyada ölkəmizin etibarlı gələcəyinin təmin edilməsi məsələsidir. Xalqımızın dövlətçiliyini riskə atmağa haqqımız yoxdur, biz bəzi ekspertlərin və siyasətçilərin səthi konsepsiyalarına kor-koranə əməl etməməliyik", - o vurğulayıb.

Bununla yanaşı, Tokayev xatırladıb ki, bu yaxınlarda etdiyi müraciətdə parlament islahatlarının başlandığını açıqlayıb.

Onun fikrincə, bu təşəbbüsün əvvəlcədən elan edilməsi ölkədəki siyasi proseslərin şəffaflığını nümayiş etdirir:

"Konstitusiyaya dəyişikliklər təkcə parlamenti deyil, həm də prezident, hökumət və siyasi sistemin bir çox digər aspektlərini əhatə edəcək".

Seçilən
33
3
azadmedia.az

4Mənbələr