Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dünyanın tanınmış mühərrik konstruktorları bu oktyabrda da ənənəvi olaraq Avstriyaya toplaşıblar.
Avtosfer.az xəbər verir ki, Vyananın məşhur Hofburq sarayına toplaşan mühəndislərin əsas müzakirə mövzusu mühərrik və ekoloji təmiz yanacaq olub. Əgər əvvəlki 3-4 ildə müzakirələr əsasən elektrik mühərriki barədə idisə, bu il daxiliyanma mühərriki barədə müzakirələr üstünlük təşkil edib.
Konstruktorlar yaxın gələcəkdə bioyanacaq istehsalının artırılması məsələsini müzakirə ediblər. bildirilib ki, bu yanacağın maya dəyəri ucuzlaşarsa, ona maraq da artar.

İstilik mühərriklərinə gəlincə yekun qənaət bu olub: istilik mühərrikləri uzun müdət sonra, bəlkə də heç vaxt tarixə qovuşmayacaq. Hazırda dünyada aktiv istifadədə olan 1 milyarddan çox daxiliyanma mühərriki üçünsə ekoloji təmiz yanacaq tapılması mütləqdir. Elektromobillə bağlı işlər isə dayanmamalıdır.
Vüqar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.