AZ

Yaponiya hərbi xərcləri artıracaq

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaponiyanın yeni və ilk qadın Baş naziri Takaiçi Sanae ölkənin müdafiə qabiliyyətini daha sürətli inkişaf etdirmək və hərbi xərcləri artırmaq öhdəliyi götürüb.

"Cebheinfo.az" xəbər verir ki, Takaiçi vəzifəyə başlamasından sonra parlamentdə etdiyi ilk çıxışında Asiya-Sakit okean bölgəsində Çin, Şimali Koreya və Rusiya ilə artan gərginliyə diqqət çəkərək, Yaponiyanın milli təhlükəsizlik strategiyasını 2026-cı ilin sonuna qədər yeniləyəcəyini açıqlayıb.

Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdəki münaqişələrin qlobal təhlükəsizlik mühitini köklü şəkildə dəyişdirdiyini vurğulayan Takaiçi deyib:

“Beynəlxalq nizam tarixi güc dəyişimi və geosiyasi rəqabətin sərtləşməsi ilə sarsılır”.Çin, Şimali Koreya və Rusiyanın hərbi fəaliyyətlərinin “ciddi narahatlıq mənbəyi” olduğunu bildirən Baş nazir, Yaponiyanın müdafiə qabiliyyətini daha sürətli gücləndirəcəyini və bu sahədəki xərcləri artıracağını bəyan edib.Takaiçi Yaponiyanın müdafiə xərclərini mart ayına qədər Ümumi Daxili Məhsulun (ÜDM) 2 %-nə çatdıracaqlarını bildirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
1
cebheinfo.az

2Mənbələr