Bu sözləri “Yeni Sabah”a açıqlamasında keçmiş baş prokuror Əli Ömərov deyib. O bildirib ki, “Heydər Əliyev” ordeni mütləq şəkildə Ramiz Mehdiyevdən alınmalıdır:
“Mən onun hər orden və medallarını bağışlaya bilərəm. Amma 1 orden var ki, onu hökmən Ramiz Mehdiyevdən almaq lazımdır. Vətənə, dövlətə xəyanət Heydər Əliyevin siyasətinə xəyanət etmək deməkdir. “Heydər Əliyev” ordeni bu adamda heç cür qala bilməz. Vaxtilə Ramiz Mehdiyevin kostyumundan tutanlar indi ona qarşı söz danışırlar. Mən bunu kişilik hesab etmirəm. İnsanın 1 sifəti olar. Çıxın kişi kimi deyin ki, o vaxt qorxmuşam və buna görə Ramiz Mehdiyevi müdafiə etmişəm. Həmin adamlar vaxtilə növbəyə dururdu ki, görəsən Ramiz Mehdiyev mənə bir “salam” verəcəkmi? Mənim belə adamlardan zəhləm gedir”.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
7Mənbələr
-
pravda.az“Onu hökmən Ramiz Mehdiyevdən almaq lazımdır” ( 22759735)
-
ikisahil.azƏli Ömərov: Ramiz Mehdiyev kimi xəyanət edəndən... ( 22747432)
-
konkret.az“Onu hökmən Ramiz Mehdiyevdən almaq lazımdır” ( 22746985)
-
turkustan.az“Onu hökmən Ramiz Mehdiyevdən almaq lazımdır” – Əli Ömərov ( 22746841)
-
demokrat.az“Onu hökmən Ramiz Mehdiyevdən almaq lazımdır” — Əli Ömərov ( 22746376)
-
www.bakupost.az“Onu hökmən Ramiz Mehdiyevdən almaq lazımdır” Əli Ömərov ( 22745236)
-
yenisabah.az“Onu hökmən Ramiz Mehdiyevdən almaq lazımdır” – Əli Ömərov ( 22745035)