AZ

Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub

Bakı. Trend:

SOCAR-ın və Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı iləvətəndaş cəmiyyəti təmsilçilərinin Karbamid zavoduna səfəri təşkilolunub.

Trend xəbərverir ki, qeyri-hökumət təşkilatları nümayəndələri ilə zavodun aktzalında keçirilən görüşdə ilk öncə Azərbaycan RespublikasınınDövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrundacanlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Karbamid zavodunun direktoru Kutay Durnanın, AzərbaycanRespublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin icraçı direktoru Aygün Əliyevanın və SOCAR-ın Sosialməsuliyyət Departamenti rəisi Əsəd Məmmədovun çıxışları dinlənilib.Çıxışlarda 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev tərəfindən təməli qoyulan, 2019-cu ildə dövlətimizinbaşçısının iştirakı ilə açılışı olan Karbamid zavodunun qeyri-neftsektorunun aparıcı və ən uğurlu layihələrindən biri olduğubildirilib, müəssisənin fəaliyyəti, istehsal prosesi və ekolojitəhlükəsizlik standartları barədə qonaqlara ətraflı məlumatverilib. Həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyi ilə SOCAR arasında səmərəli əməkdaşlıqdan bəhs edilib,ənənəvi olaraq təşkil olunan bu cür səfərlərin, keçiriləngörüşlərin vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın fəaliyyətibarədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyinivurğulanıb.

Karbamid zavodunun istehsalat üzrə direktoru Şöhrət Mirzəyevmüəssisənin fəaliyyəti və əldə olunan nailiyyətlərdən bəhs edəntəqdimatla çıxış edib.

Daha sonra vətəndaş cəmiyyəti təmsilçiləri üçün Karbamidzavodunun ərazisinə tur təşkil olunub.

Tədbir çərçivəsində, həmçinin QHT nümayəndələrinin iştirakı iləKarbamid zavodunun ərazisində ağacəkmə aksiyası təşkil olunub.

Sonda ailə fotosu çəkdirilib.

Seçilən
16
4
az.trend.az

5Mənbələr