AZ

Evli kişilər intim münasibət təklif edir - Xalq artistinin qızı

"Mən ömrüm boyu şəxsi həyatımı nümayiş etdirmərəm".

Yenisabah.az xəbər verir ki, bunu Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşar "KüncBucaq TV"də deyib.

O, geyim tərzi və səhnə davranışının tənqidinə dair bildirib: pizza mizza

"Mən həmişə fərqli olmuşam. Geyimlərimə görə tənqid edənlərə sözüm budur: geyinmək yaraşırsa, geyinərəm. Bu, mənim seçimimdir. Geyimimlə bağlı müzakirələr mənə heç vaxt maraqlı deyil".

Ülkər Yaşar şəxsi həyatı barədə açıq danışıb:

"Mənim belə bir fikrim də yoxdur. O qədər ailəli insanlar var ki, mənə münasibət təklif edirlər, hətta bəziləri deyir ki, övlad da dünyaya gətir. Amma bu, mənə lazım deyil. Mən hər zaman Allahdan istəmişəm ki, qismətim halal və doğru insanla olsun, övladlarım da gözəl ailədə böyüsün. Mən o insanla ailə quraram ki, onunla rahat əl-ələ gəzə bilim, yan-yana otura bilim. Kiminsə tanışlığı ilə, kiminsə vasitəsilə qurulan münasibət mənlik deyil. Mənim üçün yoldaşım sanballı, hörmətli bir insan olmalıdır. Şəxsi həyat mənim özümə aiddir, heç kimin bu məsələyə qarışmağa haqqı yoxdur".


Telegram kanalımız
Seçilən
36
15
yenisabah.az

10Mənbələr