Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü C.Qafarov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
O, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.
Məhkəmənin qərarı ilə C.Qafarov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla barəsində intizam tədbiri görülüb.
ZÜMRÜD