AZ

“Volvo” 1000 işçini ixtisar edəcək

Avtomobil istehsalçısı “Volvo Cars” xərclərin azaldılması paketinin bir hissəsi olaraq İsveçdəki 1000 işçisini ixtisar edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin baş maliyyə direktoru Fredrik Hansson “Sveriges” radiosuna müsahibəsində deyib.
Bununla yanaşı, şirkətin rüblük nəticələri gözləniləndən daha yaxşı olub.
Avtomobil satışlarının illik 7% azalmasına (160 min 500 avtomobilə qədər) baxmayaraq, üçüncü rübdə gəlir 6,2 milyard krona (658,42 milyon dollar) yüksəlib.
Qeyd edək ki, bu ilin yazında şirkət 3000 işçini ixtisar edəcəyi açıqlayıb.
Bu ixtisarların bir hissəsi olaraq, avtomobil istehsalçısı həmçinin, hazırda əsasən İsveçdə olan məsləhətçilərin tutduğu təxminən 1000 vəzifəni də ləğv edəcək.(Yeniavaz.com)

Seçilən
17
1
avtosfer.az

2Mənbələr