Joze Mourinyo sabiq komandası "Fənərbağça"dan ayrılmağı barədə danışıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 

"Benfika"nın heyətini o qədər bəyənirdim ki, çox vacib bir oyunçu ilə müqavilə imzalamaq istəyirdim. Buna nail olmaq üçün hər şeyi etdim. Bəlkə də "Fənərbağça"dan ayrılma səbəblərindən biri bu idi. Oyun tərzim üçün çox vacib hesab etdiyim o oyunçunu "Benfika"dan ala bilməməyimlə bağlı məyusluq idi. Çox üzücüdür. Amma mən dolayı yolla "Benfika"nın heyətini dəyişdim. Bu, mənim günahımdır. Onu heyətimə gətirmək üçün hər şey etdim, amma sonda onu nə "Fənərbağça"da, nə də "Benfika"da ala bilmədim".

Qeyd edək ki, J. Mourinyonun bəhs etdiyi futbolçu Kerem Aktürkoğludur. O, bu yay "Benfika"nı "Fənərbağça"ya dəyişib.