AZ

Ukraynalıların Rusiya vətəndaşlarına münasibəti necədir?

Hazırda ukraynalıların 91%-i Rusiyaya, 85%-i isə adıçəkilən ölkə sakinləri olan ruslara mənfi münasibət bəsləyir.

Publika.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) 2025-ci il sentyabrın 2-dən 14-dək apardığı sorğuda qeyd olunub.

Sosioloqlar 2024-cü ildə Rusiyaya münasibətin müvafiq olaraq 93% və 3% olduğunu qeyd ediblər. Cari rəqəmlərlə müqayisədə fərq səhv həddi daxilindədir, yəni il ərzində heç bir dəyişiklik olmayıb.

KIIS-in qeyd edib ki, 2022-ci ildə tammiqyaslı işğalın başlamasından sonra müşahidə olunan eyni tendensiya – Rusiyaya və ruslara qarşı davamlı olaraq mənfi münasibət davam edir.

"Rusiyada yaşayan ruslara münasibətiniz necədir?" sualına hazırda ukraynalıların yalnız 8%-i Rusiyada yaşayan ruslara müsbət, 85%-i isə əksinə, mənfi münasibət bəsləyir. 2024-cü illə fərqdə vəziyyət dəyişməyib.

Seçilən
57
publika.az

1Mənbələr