Aktual.az xəbər verir ki, manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə saxlayıb. Ramiz Mehdiyevlə bağlı "Onun vəziyyəti necədir?” sualına İlham Əliyev belə cavab verib:
"Mənim Ramiz haqqında deyiləcək heç bir sözüm yoxdur” – deyərək telefon zəngini sonlandırıb.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi ağır cinayətlərdə ittiham olunur.
Xatırladaq ki, Manset.az xəbər portalı bu ittihamlarla bağlı Ramiz Mehdiyevlə əlaqə saxlamış, o isə jurnalistin suallarını eşitdikdən sonra telefonu söndürmüşdü.