AZ

1 milyon 400 minə yaxın vətəndaş qəbul edilib

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları tərəfindən bu ilin 9 ayında 1,4 milyona yaxın vətəndaşın qəbulu həyata keçirilib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, onlardan 134 mini nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 milyon 263 mini nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edilib.

Həmçinin 2025-ci ilin yanvar-sentyabr aylarında 1 milyon 605 min 300 (o cümlədən yazılı və e-qaydada 352 min 100, sosial şəbəkələr üzərindən 53 min 200, “142” Çağrı mərkəzi vasitəsilə 1 milyon 200 min) vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.

 

Seçilən
10
4
hafta.az

5Mənbələr