AZ

Kənd təsərrüfatı tənəzzül yaşayır KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Goranboy rayonunun Qaradağlı kəndində fermerlər etiraz aksiyası keçiriblər. Onların narazılığı göyərtinin satış qiymətinin aşağı olmasından qaynaqlanır. Belə ki, fermerlər məhsullarının cəmi 6 qəpiyə alındığını bildirərək bu qiymətin istehsal xərclərini qarşılamadığını deyiblər. Maraqlıdır, 6 qəpik kimi qiymətlər fermerlərin maya dəyərini qarşılaya bilirmi, yoxsa bu, faktiki zərərli istehsaldır?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 6 qəpik (0,06 AZN) qiymət fermer üçün praktik olaraq çox aşağı göstəricidir:

“Fermer məhsul istehsal edərkən toxum, gübrə, suvarma, əmək haqqı və enerji kimi müxtəlif xərclər çəkir. Təcrübə göstərir ki, göyərtinin maya dəyəri bu qiymətdən yüksək olur. Yəni 6 qəpiyə satış fermerin zərər etməsi deməkdir.”

Ekspertin sözlərinə görə, bu vəziyyət kənd təsərrüfatı bazarında bir sıra struktur problemləri üzə çıxarır:

Fermerlər məhsulu birbaşa bazara çıxara bilmir, satış kanalları məhduddur;

Kiçik fermerlər kooperasiya şəklində fəaliyyət göstərmədiyindən qiymətlərə təsir edə bilmirlər;

Kooperativlərin və kollektiv satış mexanizmlərinin zəifliyi qiymətlərin aşağı qalmasına səbəb olur;

Göyərtinin emal edilmədən, təzə şəkildə satılması qiymətlərin sabitliyini pozur;

Dövlət dəstəyi, subsidiyalar və bazar nəzarəti mexanizmləri zəifdir.

Nəsirlinin fikrincə, 6 qəpik kimi qiymətlə satış maya dəyərini ödəmədiyi üçün fermer ya zərərə düşür, ya da istehsalı azaltmağa məcbur qalır:

“Uzun müddət belə qiymətlərlə satış davam edərsə, bu, kənd təsərrüfatında struktur tənəzzülə gətirib çıxara bilər.”

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
2
konkret.az

3Mənbələr