AZ

Hibrid avtomobillərə keçid olmalıdır ki, çirklənmə azalsın AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Avtomobil nəqliyyatı əsasən benzin və dizel yanacaqları ilə işləyir. Xüsusilə qara tüstünün olması dizel yanacaqlarının yanması zamanı baş verir".

Bu fikirləri Redaktor.az-a ekoloq Sadiq Həsənov avtomobillərin havaya buraxdığı qara tüstünün təhlükələrindən danışarkən bildirdi.

Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:

"Məsələn, mühərrikin işləmə qaydası normal deyil. Yəni avtomobil yanacağı tam yandırmır, yanma tam getmədiyinə görə qara tüstüləri müşahidə edirik. Normalda 10 kilometr gedə bilirsənsə, belə olduqda o, 7 kilometr olur. Yanacaq yanmamış şəkildə ətraf mühitə atılır və bu da ətraf mühiti çirkləndirən əsas amillərdən biridir. Yanacağın yanmamasının əsas səbəbi mühərrikdə oksigen çatışmazlığıdır. Bunların ətraf mühitə atılması atmosferin çirklənməsində xüsusi rol oynayır. Qara tüstünün çıxmasına Azərbaycan dilində tüstü və ya qurum deyilir. Ancaq ingilis dilində bu termin PM10 və PM2.5-dir. PM10 və ya PM2,5 onların ölçüsüdür, o formadakı tullantılar atılır. Uzun müddət ətrafda qalırlar. Həm yağışlar vaxtı torpağa zərər verirlər, həm də atmosferin çirklənməsində xüsusi əhəmiyyətə malikdirlər".

Müsahibimiz vurğuladı ki, dünyada hal-hazırda PM-in azaldılması üçün dizel mühərriklərindən və yanacaqdan, xüsusilə benzin mühərriklərindən istifadənin azaldılması prosesi gedir:

"Ümumiyyətlə, avtomobil nəqliyyatının mühərrikinin faydalı iş əmsalı əvvəllər 24% idi, son texnoloji dəyişikliklərdən sonra 32-34%-ə qədər çatdırılıb. Benzin və dizel istifadəsində tüstünü 0-a çatdırmaq mümkün deyil. Azərbaycanda avtomobil nəqliyyatı tərəfindən atmosferin çirklənmə dərəcəsi 80 faizdən yuxarıdır. Ümumi çirklənmənin 80 faizi bu sektorun payına düşür. Səbəb isə köhnə avtomobillərdir. Hibrid avtomobillərə keçid olmalıdır ki, çirklənmə azalsın. Azərbaycan elektrikli nəqliyyata keçəndən sonra bu tüstülərin azalmasının şahidi olacağıq".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
redaktor.az

2Mənbələr