AZ

Xətai rayonunda ya şəhidin adı səhv yazılıb, ya da küçənin adı... İcra hara baxır? - FOTO


Bakının Xətai rayonunda Yeryomenko və Firuz Qəmbərov küçələrinin kəsişməsində şəhid Qənbərov Feyruz Qürbət oğlunun xatirəsinə düzəldilmiş güşədə diqqət çəkən kobud səhvlərə yol verilib.

Fotoda gördüyünüz kimi, əziz şəhidin adı və soyadı xatirə guşəsində və küçənin adında fərqli yazılıb. Bəs əslində necə yazılmalı idi?

Rayonun icra hakimiyyəti, ya bələdiyyə zəhmət çəkib düzəliş edər və həqiqətin necə olduğunu birlikdə bilərik.

Hamı da nəticə çıxardar ki, əziz şəhidlərin xatirəsinə hər zaman diqqətli və qayğıkeş olmaq lazımdır.

Namiq QULİYEV

Seçilən
60
baki-xeber.com

1Mənbələr