AZ

ABŞ Qəzza Komandanlıq Mərkəzinə rəhbər təyin edib

ABŞ diplomatı Stiven Faqin Qəzzada atəşkəsə nəzarət edəcək Mülki-Hərbi Koordinasiya Mərkəzinin mülki rəhbəri təyin edilib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Feygin ABŞ-ın Qəzza sülh müqaviləsinə nəzarətini əlaqələndirəcək, hərbi əməliyyatlarla yanaşı diplomatik və mülki məsuliyyəti də təmin edəcək.

Qeyd edək ki, Stiven Faqin 2022-ci ildən bəri ABŞ-ın Yəməndəki səfiri olub.

Daha əvvəl isə ABŞ-ın İraq səfirinin müavini vəzifəsində çalışıb.

Faqin diplomatik xidmətlərinə görə bir sıra dövlət mükafatlarına layiq görülüb.

AzPost.az

Seçilən
46
5
azpost.info

10Mənbələr