ain.az, Metbuat portalına istinadən məlumat yayır.
Avropa klubları və Səudiyyə Ərəbistanı "Barselona"nın futbolçusu Robert Levandovskini transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, Kriştiano Ronaldonun oynadığı "Əl Nəsr" klubu futbolçuya yüksək məvacib təklif edib. "Fichajes" qəzetinin məlumatına görə, İspaniyanın "Atletiko Madrid" və İtaliyanın "Milan" klubları da hücumçunu transfer etməkdə maraqlıdırlar.
Qeyd edək ki, Robert Levandovskinin "Barselona" ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. "Barselona"nın futbolçu ilə müqavilə imzalamaqda maraqlı olmadığı iddia edilib. Levandovski bu mövsüm "Barselona"da 9 oyunda 431 dəqiqə meydanda olub. O, 4 dəfə fərqlənib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.