AZ

Xankəndidə keçirilən QHT Forumu dövlət-cəmiyyət birliyinin canlı ifadəsi idi - Umud Mirzəyev

Xankəndidə keçirilən QHT Forumu mahiyyətcə təkcə vətəndaşcəmiyyətinin toplantısı deyildi. Bu, Azərbaycanın suverenliyinin,ərazi bütövlüyünün və dövlət-cəmiyyət birliyinin canlı ifadəsinəçevrilən tarixi hadisə idi.

Trend xəbərverir ki, bunu oktyabrın 19-20-də Xankəndidə keçirilmiş"Konstitusiya və suverenlik" mövzusuna həsr olunan QHT-lərinƏməkdaşlıq Forumunu dəyərləndirən Beynəlxalq Avrasiya MətbuatFondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib.

O qeyd edib ki, “Suverenlik və Konstitusiya ili” çərçivəsindəbaş tutan Əməkdaşlıq Forumu həm simvolik, həm siyasi, həm də mənəvibaxımdan milli yaddaşımıza yeni bir səhifə kimi yazıldı.

"Uzun illər Qarabağ mövzusunda beynəlxalq platformalardaAzərbaycanın haqq səsini çatdıran, informasiya müharibəsində öncəbhədə dayanan və humanitar sahədə mühüm işlər görən QHT-lər indiartıq Qarabağın özündə - Xankəndidə - hesabat verirdilər. Bumənzərə həm tarix, həm də dövlətçilik baxımından unikal idi.Vətəndaş cəmiyyəti ilk dəfə idi ki, münaqişə sonrası mərhələdəbərpa və reinteqrasiya prosesinin mərkəzinə bu qədər yaxındayanırdı.

Forumun məkan baxımından Xankəndidə keçirilməsi özü bir önəmlimesaj idi. Bu, Azərbaycanın dövlət suverenliyinin təkcə hərbideyil, ideoloji və ictimai müstəvidə də bərpa olunduğunungöstəricisidir. Təşkilati baxımdan isə tədbir yüksək səviyyədə,peşəkar koordinasiya ilə keçirildi - bu da ölkəmizdə QHT-lərinidarəetmə və strateji planlaşdırma bacarığının yeni səviyyəyəqalxdığını nümayişi idi. Forumda dövlət və qeyri-dövlətinstitutlarının bir araya gəlişi isə cəmiyyətin bütövlüyünün, fikirvə məqsəd birliyinin təcəssümü idi. Xankəndi Forumunda səslənənfikirlər, qəbul olunan sənədlər və müzakirələr göstərdi ki,Azərbaycan vətəndaş cəmiyyəti artıq passiv müşahidəçi deyil, dövlətsiyasətinin fəal iştirakçısıdır", - deyə Umud Mirzəyevbildirib.

"Biz Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq 2007-ci ildəntəmsil olunduğumuz BMT-nin İqtisadi və Sosial şurasının (ECOSOC)QHT bölməsindəki fəaliyyətimiz, Beynəlxalq Sülh Bürosunda,Beynəlxalq Mətbuat İnstitutunda olan aktivliyimiz, Avropa İttifaqı,ABŞ Dövlət Departamenti kimi mühüm qurumlarla olan ikitərəfli sıxəlaqələrimiz məhz beynəlxalq birləşmə - şəbəkələşmə prinsipləriəsasında həyata keçirilib. Biz hər zaman iştirak etdiyimizplatformalarda Azərbaycanı layiqincə təmsil etməyə və qlobalşəbəkələşmənin bir parçası olmağa çalışmışıq. Bu əlaqələr bizəbeynəlxalq tərəfdaşlar qazandırıb və yeni-yeni imkanlar yaradıb.Sevindirici haldır ki, BAMF-ın uzun illərdir beynəlxalq səviyyədəgöstərdiyi fəallıq hazırda bir çox yerli QHT-lər tərəfindən dəizlənməkdədir. Onların bir çoxu artıq BMT, Avropa İttifaqı və digərbeynəlxalq təşkilatlarla əməkdaşlıq edir, beynəlxalq platformalardasöz sahibinə çevrilirlər.

Bu Forum həm də mənəvi anlamda çox dərin bir mənaya sahib idi.Uzun illər işğal altında qalan bir şəhərdə indi vətəndaşcəmiyyətinin, sülhün, birliyin, dövlətin səsi səslənir. Bu, həmmilli qürurun, həm də siyasi yetkinliyin təntənəsidir. Xankəndidəkeçirilən hər görüş, səslənən hər fikir bir həqiqəti təsdiqlədi:Azərbaycanın suverenliyi artıq təkcə siyasi xəritədə deyil, ictimaişüurda, mədəni və hüquqi sistemdə də tam bərpa olunub. Dövlətin vəvətəndaş cəmiyyətinin ortaq iradəsi bu Forumun ruhunu təşkiledirdi", - deyə o əlavə edib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin nümayəndələri üçünXankəndi Forumu həm də məsuliyyətin yeni mərhələsi deməkdir:

"Qarabağda quruculuq, bərpa, reinteqrasiya və humanitarproseslərdə QHT-lərin üzərinə böyük missiyalar düşür. Onlar yerliicmalarla birbaşa işləməli, sosial adaptasiya proseslərini müşayiətetməli, beynəlxalq aləmdə Azərbaycanın reallıqlarını daha fəalşəkildə təqdim etməlidirlər. Bu, həm milli həmrəylik, həm də sosialməsuliyyət baxımından yeni bir dövrün başlanğıcıdır. Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru AygünƏliyeva da öz çıxışında QHT-lərin son illərdəki aktivliyinə vurğuedərək 2023-cü ildən hər il Azərbaycan QHT-lərinin illik toplantısıkeçirildiyini və bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini qeydetdi. İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97%göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilkdəfə əldə olunduğunu bildirdi.

Bu gün Xankəndidə keçirilən hər tədbir, səslənən hər fikirAzərbaycanın müstəqillik tarixində yeni bir mərhələ açır. QHT-lərinXankəndidə iştirakı, onların bu şəhərdə sülhün, ədalətin vəinkişafın tərəfdarı kimi çıxış etməsi - bu, suverenliyin cəmiyyətlətamamlanması deməkdir. Xankəndi Forumu yalnız bir tədbir deyildi –bu, vətəndaş cəmiyyətinin dövlətlə bir səngərdə dayanmasının, xalqiradəsinin və milli birliyin qələbəsinin rəmzi idi. Forumda çıxışedən Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiriTural Əliyev elə məhz bu məqama – QHT-lərin birliyinə xüsusi diqqətayırdı. O öz çıxışında 2022-ci ilin dekabr ayında AzərbaycanQHT-lərinin Şuşada Xankəndi–Laçın yolunda 138 gün davam etdirdiyietiraz aksiyası zamanı hər günün mübarizə, həmrəylik vəvətənpərvərlik ruhunda keçməsini diqqətə çatdırdı: “2023-cü ilinsentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı həminprosesin məntiqi yekunu oldu, 15 oktyabrda isə Prezident İlhamƏliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı – bununla da erməniseparatizminin sonu gəldi.” – deyə Tural Əliyev öz çıxışında qeydedərək Azərbaycan QHT-lərinin Xankəndində toplaşmasının rəmzi mənadaşımasını da xüsusilə vurğuladı.

Xankəndidə keçirilən Forumun ruhu təkcə Qarabağla məhdudlaşmadı,o, bütöv Türk dünyasının yaddaşına da səsləndi. Çünki bu günKərkükdə türkmənlərin milli-mədəni varlığını qorumaq uğrundaapardığı mübarizə ilə Xankəndidə vətəndaş cəmiyyətininsəsləndirdiyi iradə arasında dərin bir paralellik var. Hər ikiməkan tarixi kimlik uğrunda mübarizənin, köklərə sədaqətin və milliiradənin simvoludur. Forum çərçivəsində təşkil olunmuş “Türkmənirsi – tarixi köklərə sədaqət” paneli də bu məqamı xüsusivurğuladı. Çıxışlarda türkmənlərin tarixi köklərinin qorunması,Kərkükdə milli kimliyin saxlanması və Azərbaycan–Türkmənəlaqələrinin daha da gücləndirilməsi ilə bağlı təkliflər də irəlisürüldü.

Əminəm ki, QHT-lərin Xankəndi forumu timsalında son illərAzərbaycanın moderatorluğu ilə başladılan bütün təşəbbüslərin,göstərilən bütün səylərin məntiqi nəticəsi olaraq biz birlikdə dahada güclənəcək və dünyanın dörd bir yanına səsimiziçatdıracağıq".

Seçilən
27
5
az.trend.az

9Mənbələr